İran səfirliyi başsağlığı verib

 00:44 05.06.2021     126

İran İslam Respublikasının Azərbaycandakı səfirliyi Kəlbəcərdə mülki şəxslərin minaya düşərək həlak olmasına münasibət bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə səfirliyin "Twitter" səhifəsində açıqlama yer alıb.

"İran İslam Respublikasının səfirliyi Azərbaycan Respublikasının önəmli media qurumlarının iki jurnalistinin şəhid olması ilə əlaqədar başsağlığı verir, ailələrinə səbr diləyir. Əziz şəhidlərin ruhuna rəhmət diləyirik", - deyə paylaşımda qeyd olunub. //APA