Putin-Bayden görüşündən sonra nə baş verəcək? - İZAHAT

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Co Baydenlə görüşündən hər hansı mühüm irəliləyişin gözləmədiyini bildirib.
Redaktor.az xəbər verir ki, Putin təşkil olunan videokonfransda dünyanın aparıcı xəbər agentliyi rəhbərlərinin suallarını cavablandırıb.
Rusiya ilə ABŞ arasındakı münasibətlərə toxunan Putin, ABŞ-ın ikitərəfli münasibətləri pisləşdirdiyinə işarə edərək, "Rusiya-ABŞ münasibətlərini bu vəziyyətə gətirən biz deyilik" deyə bildirib. Ölkə başçısı iki ölkənin bir-birinə hörmət etmələrini və maraqlarını nəzərə almalı olduqlarını vurğulayıb.
"16 iyunda baş tutacaq görüşdən böyük bir yenilik gözləmirəm. Lakin Rusiya tərəfinin yaratmadığı ziddiyyətlərə baxmayaraq, uyğun maraqlarımız var", - deyə V.Putin qeyd edib.
Baydenin təcrübəli bir siyasətçi olduğunu söyləyən Putin, görüşün konstruktiv olacağına ümid etdiyini söyləyib.
Orxan İsmayılov / Redaktor.az