Türkiyə və Fransa XİN başçıları görüşüb

 17:18 07.06.2021     376

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Fransa xarici işlər naziri Jan İv Lö Drianla görüşüb.

Redaktor.az-ın məlumatına görə, bu barədə Türkiyə XİN başçısı "Twitter"də bildirib.

M. Çavuşoğlunun Parisə səfəri çərçivəsində baş tutan görüşdə Türkiyə-Fransa əlaqələri, regional və beynəlxalq vəziyyət müzakirə olunub.

"Fransa ilə münasibətlərimizi qarşılıqlı hörmət prinsipi əsasında gücləndirməyi hədəfləyirik", - deyə Çavuşoğlu qeyd edib. //APA