Ermənistanda mina xəritəsi kimdədir? - GİZLİ MƏQAMLAR...

Erməni mediası minaladıqları ərazilərin xəritəsinin onlarda olub-olmadığı barədə məqalələr dərc etməyə başlayıb.
Hərbi ekspert Əbuzər Əbilov Redaktor.az-a bildirib ki, Ermənistanın verəcəyi xəritələr ilə azad edilən ərazilərdə hərəkət etmək düzgün deyil.
“Bilirsiniz ki, 30 ili əhatə edən dövrdə Qarabağda və Ermənistan-Azərbaycan sərhədində olan düşmənin silahlı qüvvələrinin bilavasitə öz komandanlarına tabe olmaması faktları var. Bunu nəzrə alaraq, bu xəritələrin dəqiqliyinə şübhə ilə yanaşıram. Bəli, Azərbaycan onlardan köhnə belə olsa mina xəritəsini tələb edir və verməlidirlər. Lakin onların təqdim etdikləri xəritə əsasında addım atılmamalıdır.
Qeyd edim ki, 44 günlük müharibədən əvvəl və sonrakı dövürdə ermənilərdən Kəlbəcərdən çıxmaları tələb edildirdi. Həmin vaxt adi insanlar azad edilən əraziləri yandırmaqla, hərbiçilər isə mina basdırmaqla məşğul idi. Hərb elminə söykənərək deyə bilərəm ki, erməni hərbiçilər son basdırdıqları minalı ərazilərin sxemlərini tərtib etməyiblər”.
Ə.Əbilov bildirib ki, erməni hərbiçiləri ərazidən çıxarkən azərbaycanlılar üçün təhlükəli hesab etdikləri bir çox ərazini minalayıblar.
Aysel Hacıyeva / Redaktor.az