Ərdoğan Şuşaya səfər edəcək - RƏSMİ

 14:22 09.06.2021     693

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa şəhərinə səfər edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə o, Ədalət və İnkişaf Partiyasının (AKP) iclasında qeyd edib.

Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcəyini bildirib. Eyni zamanda, səfər çərçivəsində rəsmi görüşlərin keçiriləcəyi vurğulanıb.

Türkiyə dövlət başçısı iyunun 16-da Bakı Olimpiya Stadionunda keçiriləcək AVRO-2020-nin Türkiyə-Uels matçını da izləyəcək.

Orxan İsmayılov / Redaktor.az