ABŞ Rusiyaya nota verib

 16:12 11.06.2021     303

Amerikalı məhkum Trevor Rid ilə görüş imkanının verilməməsi ilə əlaqədar ABŞ səfirliyi Rusiya Xarici İşlər Nazirliyinə etiraz notası göndərib.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ diplomatik nümayəndəliyinin saytında məlumat yerləşdirilib.

Bildirilir ki, mayın 25-də Ridə koronavirus diaqnozu qoyulub. Daha sonra Ridin ailəsinə və səfirlik işçilərinə onunla telefon əlaqəsi saxlamağa imkan verilməyib.

Bundan əlavə, amerikalının saxlanıldığı qurum iki həftədən çoxdur ki, onun səhhəti barədə hər hansı bir məlumat verməkdən imtina edir.

ABŞ-ın diplomatik nümayəndəliyi “cənab Ridi həm ailəsindən, həm də ölkəsinin hökumətindən təcrid etmək üçün həyata keçirilən bu həyasız cəhdin dərhal dayandırılmalısını” tələb edir.

Bundan əvvəl ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol Rusiya Prezidenti Vladimir Putini Rusiyada məhkum olunmuş amerikalılar - Trevor Rid və Pol Uilanı sərbəst buraxmağa çağırmışdı. //Oxu.az