Ərdoğan: Şuşada İlham Əliyevlə saziş imzalayacağıq

 16:33 11.06.2021     245

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda NATO zirvəsindən əvvəl jurnalistlərin suallarını cavablandırıb.

Redaktor.az məlumat verir ki, o, Azərbaycana gəlmək məsələsinə də toxunub:

“Son görüşümüz Baydenlə olacaq, sonra Azərbaycana gedəcəyik. Bildiyiniz kimi, əvvəlcə Füzuliyə enəcəyik, sonra Şuşada qardaşım İlham Əliyevlə görüşəcəyik və iki ölkə olaraq aramızda saziş imzalayacağıq. Bu, hərtərəfli bir müqavilə olacaq. Azərbaycanda Türkiyə millisinin oyununu birlikdə izləyəcəyik. Daha sonra Antalyada keçiriləcək Cənub-Şərqi Avropa Ölkələri Liderləri Sammitində iştirak edəcəyik. Sonra da inşallah yenidən işimizə başlayacağıq”. //Oxu.az