Ərdoğanın Şuşaya səfəri: Həmin gün Xankəndidə nə baş verəcək?

 12:57 14.06.2021     989

Ermənistan prezidentinin müşaviri Tevan Poqosyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri günü Ermənistanın bütün keçmiş prezidentlərinin Xankəndində olmasını təklif edib.

Redaktor.az xəbər verir ki, T.Poqosyan bildirib ki, Levon Ter-Petrosyan, Robert Koçaryan, Serj Sarkisyan və Armen Sarkisyan həmin gün Xankəndidə olmalı və dünya ermənilərini vahid siyasi millət olmağa çağırmalıdır:

 “Bu sizə romantika kimi təsir bağışlamasın. Çünki heç kim bizə ölkəmizin təhlükəsizliyini hədiyyə etməyəcək. Hədəf varsa, onu həyata keçirənlər olacaqdır. Əlimizi əlimizin üstündə qoyub oturmaqla təhlükəsizlik əldə edə bilməyəcəyik”. //Konkret.az

“Ərdoğanın Şuşaya səfəri günü bütün Ermənistan prezidentləri Xankəndidə olmalıdır” – Poqosyan