Ərdoğanın Şuşa səfərinin proqramı AÇIQLANDI

 10:17 15.06.2021     306

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa şəhərinə səfər proqramı açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Türkiyə lideri Şuşada Azərbaycan prezidenti İlham Əliyev tərəfindən rəsmi mərasimlə qarşılanacaq.

Dövlət başçılarının təkbətək görüşündən sonra bir sıra müqavilələrin imza mərasimi və birgə mətbuat konfransı keçiriləcək. Türkiyə lideri bundan sonra Şuşa şəhərində gəzintiyə çıxacaq. //Oxu.az