Rusiyadan Qarabağla bağlı VACİB AÇIQLAMA

 11:21 18.06.2021     770

“Biz iyunun 12-də Azərbaycanın 15 ermənistan vətəndaşınI rəsmi İrəvana təhvil verilməsini alqışlayırıq”.

Redaktor.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.

O, digər humanitar problemlərin də həllində maraqlı olduqlarını bildirib. Xüsusi ilə də ərazilərin minalardan təmizlənməsi və minalı ərazilərin xəritələrinin verilməsini vacib hesab etdiklərini dilə gətirib.

Aysel Hacıyeva / Redaktor.az