Qırğızıstanın xarici işlər naziri Azərbaycana gəlir

 17:52 01.07.2021     419

Qırğız Respublikasının xarici işlər naziri Ruslan Kazakbayev Azərbaycana səfər edəcək.

Azərbaycan XİN-dən Redaktor.az-a verilən xəbərə görə, R. Kazakbayev sabah bir sıra görüşlər keçirəcək.

Görüşlərdə ikitərəfli əlaqələr və regional məsələlər müzakirə ediləcək.