Dörd nəfərə general-mayor rütbəsi verildi - SƏRƏNCAM

 09:10 02.07.2021     650

Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.  

Redaktor.az bildirir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı zabitlərinə polis general-mayoru ali xüsusi rütbəsi verilir:

polis polkovniki Əlaslan Qaçay oğlu Ağayevə

polis polkovniki İslam Möhsüm oğlu Hümbətova

polis polkovniki Əkbər Məcid oğlu İsmayılova

polis polkovniki Əbülfət Əhəd oğlu Rzayevə.