Nazir şirkət nümayəndələrini qəbul edib

 09:53 03.07.2021     223

Energetika naziri Pərviz Şahbazov “Neqsol Holding” şirkətinin baş icraçı direktoru Yusif Cabbarov və holdinqin “Nobel Oil” şirkətinin baş icraçı direktoru Vüqar Səmədlini qəbul edib.

Bu barədə Redaktor.az-a Energetika Nazirliyindən məlumat verilib.

Görüşdə şirkətlər, onların fəaliyyət sahələri, beynəlxalq bazarlarda gerçəkləşdirilən layihələri, gələcək planları haqqında məlumat verilib, Azərbaycanda, xüsusi ilə işğaldan azad edilmiş ərazilərimizdə bərpa olunan enerji layihələrində iştirakla bağlı maraq ifadə edilib. Energetika sahəsində müxtəlif istiqamətlərdə, o cümlədən “yaşıl enerji”dən istifadənin genişləndirilməsi üzrə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.