KTMT-dən Zəngəzur açıqlaması: "Müdaxilə edə bilmərik"

 11:34 03.07.2021     331

"Ermənistanın cənubunda yerləşən Zəngəzurda, Azərbaycanla sərhəddə yaranmış vəziyyət Kollektiv Rəhlükəsizlik Müqaviləsinin (KTMT) Nizamnaməsinin təsir dairəsinə düşmür".

Redaktor.az xəbər verir ki, bunu KTMT-nin Baş katibi Stanislav Zas deyib.

Onun sözlərinə görə, Zəngəzurda Ermənistanla Azərbaycan arasında baş verən gərginlik sərhəddin müəyyənləşdirilməsi məsələsidir və ona görə də bu məsələyə müdaxilə etmək hüququna malik deyillər:  

“KTMT ancaq işğal və hücumlar zamanı məsələyə müdaxilə edir. Biz isə burada ancaq  sərhəd məsələsi üstündə yaranan gərginliyi müşahidə edirik. Şükürlər olsun Allaha ki, orada nə atəşkəs pozulub, nə də ki, ölüm hadisəsi baş verib. Bu sərhəd məsələsidir və o həll edilməlidir. Biz də məsələnin sülh yolu ilə həllinin tərəfdarıyıq” - KTMT Baş katibi deyib.

KTMT Baş katibi onu da əlavə edib ki, prinsip etibarı ilə orada gərginliyın artması müşahidə edilmir:

“Gərginliyin artmaması artıq özü yaxşı nəticədir. Qarşıda sərhədlə bağlı hələ çox mübahisəli məsələlər var ki, bunları da danışıqlar yolu ilə həll etmək lazımdır”. //Ölke.az