Azərbaycan Ordusu Ağdərəyə daxil olmağa hazırlaşır? - ANTİ-TERROR ƏMƏLİYYATI

 11:42 07.07.2021     1452

İkinci Qarabağ müharibəsinin tarixi nəticələri ilə barışa bilməyən Ermənistan öz bəd əməllərindən qalmır. Düşmən bu dəfə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərdən Azərbaycan Ordusunun Ağdam rayonunun Əliağalı kəndi istiqamətində yerləşən mövqelərini atəşə tutub.

Baş vermiş insidentin araşdırılması üçün Rusiya sülhməramlı qüvvələrinin komandalığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə məlumat verilib.

Son günlər Ermənistanın Azərbaycana qarşı təxribatları səngimir. Bu təxribatların qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən politoloq Qabil Hüseynli bildirib ki, artıq bıçaq sümüyə dirənib:

“Düşünürəm ki,  həlledici tədbirlər görməyin vaxtı çatıb. Ağdərə rayonu Azərbaycan ordusunun nəzarəti altında olmalıdır. Ola bilsin ki, ordumuz bu təxribatlara cavab olaraq anti-terror əməliyyatlarına başlasın. Çünki ermənilər əvvəl təxribatları Ermənistan-Azərbaycan sərhəddində törədirdilər, indi bu hadisələr Azərbaycan torpaqlarında baş verir. Ermənistan silahlı qvvələri 10 noyabr bəyanatına əsasən Azərbaycan ərazisindən çoxdan çıxarılmalı idi. Amma bu silahlı dəstələr hələ də bizim torpaqlarımızdan çıxarılmayıb. Hətta lokal münaqişə törətməyə çalışır”.

Şəbnəm Mehdizadə

2
Vumart və Güvən reklamı Vumart Güvən