Putin-Paşinyan görüşü: Yeni müharibə başlayacaq? - QARABAĞDA GƏRGİNLİK

 12:48 07.07.2021     526

Bu gün Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Rusiyaya işgüzar səfər edəcək.

Maraqlıdır, Rusiya prezidenti Vladimir Putinlə görüşdə nələr müzakirə ediləcək? 

“N.Paşinyanın partiyası seçkilərdə qalib gəlib və o, hökuməti formalaşdırır. Yeni reallıqlar fonunda N,Paşinyan özünə daha inamlıdır. Çünki emrəni xalqı Robet Köçəryana, Serj Sarkisyana deyil, məhz ona səs verib. Deməli erməni xalqı müharibəyə "yox" deyərək, sülhə səs verir. Hesab edirəm ki, danışıqlar məhz bu reallıqlar fonunda baş tutacaq”.

Bu fikirləri Redaktor.az-a açıqlamasında millət vəkili, politoloq Elman Nəsirov deyib. O qeyd edib ki, görüşdə 10 noyabr və 11 yanvar razılaşmalarından irəli gələn məsələlər ətrafında fikir mübadiləsi də istisna deyil:

“Xüsusilə hər iki bəyanatın icra mexanizmi ilə bağlı məsələlər diqqət mərkəzində saxlanılacaq. Ermənistanla Azərbaycan arasında nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası da müzakirə predmetidir. Seçkidən öncə vəziyyət elə həddə çatmışdı ki, hətta üçtərəfli birgə komissiyanın işi də dayanmışdı.

Həmçinin, N.Paşinyan bilir ki, Zəngəzur dəhlizi işə düşməsə Ermənistan blokadada qalacaq. Bu dəhliz isə Ermənistan üçün həyat yolu deməkdir”.

Millət vəkili qeyd edib ki, son günlər Azərbaycan-Ermənistan sərhədində qarşı tərəfin təxribatları görüşün aktual müzakirə məsələlərindən biri olacaq:

“Lakin N.Paşinyanın müəyyən fürsətləri əldən buraxmadığının dəfələrə şahidi olmuşuq. Yəqin ki, Ermənistan ordusunun bərpası və Rusiyadan silahların alınması ilə bağlı məsələlərin gündəmdə olacağı gözlənilir. Çünki Ermənistanın silah almağa pulu yoxdur. İstisna deyil ki, bu dəfə də N,Paşinyan Rusiyadan müəyyən yardım istəsin. Amma bütövlükdə seçkidən sonrakı dövr üçün iki ölkənin əməkdaşlığın genişləndirilməsi görüşün əsas gündəmi olacaq”.

Şəbnəm Mehdizadə