"Verilən mina xəritələrinə inanmıram" - MİLLƏT VƏKİLİ

 02:05 10.07.2021     1223

Artıq Ağdam, Füzuli və Zəngilanın mina xəritələri alınıb. Bəs mina xəritələri alınan ərazilərə ilk köçürülmələr nə zaman olacaq?

Redaktor.az xəbər verir ki, məsələ ilə bağlı millət vəkili Aqil Abbas verilən mina xəritələrinə inanmadığını bildirib:

"Yanvar ayının 1-də Zəngilan rayonunun bir kəndinə köçürülmələr başlayacaq. Kəlbəcərdə də müəyyən köçürülmələr həyata keçirilib. Belə ki, heyvandarlıq, arıçılıq və s. işlər üçün Kəlbəcərdə şərait qurulub. Digər tərəfdən, Ağdamda tikinti işləri görülür, böyük layihələr həyata keçirilir. Yəqin ki, ilk köçürülmələr mina xəritələri alınan ərazilərə olacaq. Amma mən o mina xəritələrinə inanmıram. ANAMA, Daxili işlər orqanları, Fövqəladə Hallar Nazirliyi və hərbçilər minaların təmizlənməsi istiqamətində işlər görürlər. Verilən xəritələrə isə o qədər də inanmıram, çünki xəritəni verənlər ermənidir. Bir şeyi dəqiq deyə bilərəm ki, Ağdamdın bəzi ərazilərində bir dənə də mina yoxdur". //Sonxəbər.az