Tovuza hücum: Düşmənin ən böyük səhvi - ORDUMUZ DARMADAĞIN ETDİ

 12:06 12.07.2021     522

Ötən il Ermənistan ordusu Tovuz istiqamətində Azərbaycana qarşı təxribat törətmişdi. Bu təxribat zamanı mülki vətəndaşlar hədəf almışdı. Lakin çox keçmədən düşmən öz layiqli cavabını almışdı.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən sabiq millət vəkili Fərəc Quliyev bildirdi ki, iyul hadisələri zamanı bir çox qaranlıq məqamlar aydın oldu:

“Tovuz ərazi olaraq Qarabağdan xeyli aralıda yerləşir. Bu ərazidən enerji xətləri keçir. Bu xətlərdən yararlanan təkcə Azərbaycanın deyil, eyni zamanda Türkiyənin də mənafeyinə zərbə vurmaq istənilirdi. Təxribat zamanı bu məsələ ortaya çıxmış oldu”.

F.Quliyev bildirib ki, iyul haidəsləri Ermənistanın işğalçılıq siyasətini bir daha sübut etdi:

“Ermənistanın Müdafiə Naziri bəyanat yaymışdı ki, yeni savaş və yeni torpaqlar istəyirlər. Bu, bir daha Ermənistanın işğalçılıq siyasətini açıq şəkildə göstərdi. Azərbaycan bütün dünyaya bəyan etdi ki, 30 il ərzində aparılan danışıqların heç bir əhəmiyyəti yoxdur. Ermənistan öz niyyətindən əl çəkmək istəmir. Düşmənin növbəti ərazi iddiaları qələbəyə aparan yolumuzun başlanğıcı oldu. Əlbəttə, biz həmin vaxt Polad Həşimov kimi generalımızı itirdik. Amma müharibə zamanı bütün onun qisasını aldıq.

Bu hadisə həm də onu göstərdi ki, Azərbaycan bölgədə sülhün bərqərar olmasını istəyir və ədalətli tərəfdir. Tovuz hadisələri müharibənin aktiv fazaya keçməsinin təməlini qoymaqla yanaşı, dünya üçün də ciddi mesaj oldu. Biz bu hadisələrdən sonra 30 ildir gözlədiyimiz qələbəni qazandıq. Bu mənada hesab edirəm ki, baş verənlər Azərbaycan tarixində mühüm əhəmiyyət kəsb edir. Həmin günlərdə şəhid olanlara Allahdan rəhmət diləyirəm”.

Şəbnəm Mehdizadə