Azərbaycan hər an əməliyyata başlaya bilər - "BUNA HAMI HAZIR OLMALDIR"

 14:10 14.07.2021     1000

İkinci Qarbağ müharibəsində Azərbaycanın parlaq qələbəsini həzm edə bilməyən ermənilər yenidən fəallaşmağa başlayıb.  Bu gün mənfur düşmən Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub. Həmçinin, Rusiya sülhmərmalılarının müvəqqəti yerləşdiyi ərazilərimzdən Şuşa şəhəri də atəşə tutulub. 

Bəs görəsən cəbhədə nə baş verir? Yenidən müharibə təhlükəsi gözlənilirmi?

Mövzu ilə bağlı Redaktor.az saytının suallarının hərbi ekspert Abuzər Əbilov cavablayıb. O bildirib ki, son günlər baş verən hadisələr bir daha onu gösətrir ki, Ermənistan öz çirkin niyyətindən əl çəkməyib:

“Ermənistanın revanş niyyətini dəstəkləyən qüvvələr də çoxdur. Onların fəallaşması gözlənilən idi. Çünki razılaşmanın şərtərinə əməl edilmədilmirdi və ərazidə həddindən artıq silahlı erməni əsgərləri qalıb. Belə təxribatların olacağı qaçılmaz idi. Əgər müdaxilə edilməsə diversiya aktları, atəşkəsin pozulması və digər hərbi təmayüllü addımlar davamlı olacaq”.

Ekspert bildirib ki, bütün bu hadisələr Rusiya Sülhmərmalılarının gözü qarşısında baş verir. Sülhməramlılar razılaşmanın şərtlərinə əməl etmək üçün ermənilərə heç bir reaksiya göstərmir:

“Belə olan təqdirdə sülhməramlılar nəyə lazımdır? Əgər ermənilər həmişəki kimi atəşkəsi pozacaq, ərazidə hərbi qüvvələr saxlayacaqdısa Rusiya qoşunları ərazidən tamamilə çıxarılmalıdır. Ermənistanda müharibə istəyən təşkilatlar, liderlər var. Onlar heç zaman Azərbaycanın qələbəsi ilə barışmayacaq. Ona görə Azərbaycan ordusu həmişə müharibəyə hazı olmalıdır və hazırdır. Xalqımız da buna hazır olmalıdır. Biz elə bir dövlətlə qonşuyuq ki, onlar hər zaman sərhədlərimizi poza bilər. Məsələnin həlli üçün ya sülhmərmalılar erməniləri razılaşmanın şərtlərinə əməl etməyə məcbur etməli, ya da sülhmərmalılar əraizdən çıxarılmalıdır. Bu halda Azərbaycan öz torpaqlarında anti-terror əməliyyatlarına başlaya bilər. Bundan sonra Ermənistanla sülh danışıqları barədə düşünmək olar".

Şəbnəm Mehdizadə