Azərbaycanla Belarus arasında MÜQAVİLƏ - Prezident təsdiqlədi

 16:28 15.07.2021     762

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Belarus Respublikasının Müdafiə Nazirliyi arasında ikitərəfli əməkdaşlığın həyata keçirilməsi zamanı məxfi informasiyanın qarşılıqlı ötürülməsinə dair” Müqavilənin təsdiq edilməsi haqqında Qanunu imzalayıb.

Redaktor.az xəbər verir ki, bununla “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Belarus Respublikasının Müdafiə Nazirliyi arasında ikitərəfli əməkdaşlığın həyata keçirilməsi zamanı məxfi informasiyanın qarşılıqlı ötürülməsinə dair” 2021-ci il mayın 18-də Bakı şəhərində imzalanmış Müqavilə təsdiq edilib.