Azərbaycan və Rusiya prezidentlərinin əsas müzakirə edəcəyi mövzular açıqlanıb

 18:43 19.07.2021     286

20 iyul Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin görüşü zamanı müzakirə ediləcək əsas mövzular açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Kremlin rəsmi saytı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, görüşdə diqqət Rusiya-Azərbaycan münasibətlərindəki strateji əməkdaşlığın əsas istiqamətləri kimi ticarət-investisiya və humanitar əməkdaşlıq istiqamətində müzakirələrin aparılmasına yönələcək.

Görüş çərçivəsində aktual regional problemlər barədə fikir mübadiləsinin aparılması da planlaşdırılır.

Görüşdə əsas diqqət Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Qarabağla bağlı doqquz noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli razılaşmanın reallaşdırmasının praktik aspektlərinə, həmçinin iqtisadi, nəqliyyat əlaqələrinin blokdan çıxarılması və inkişafı istiqamətindəki həllinə ayrılacaq.