Ermənistan üçün seçim vaxtı: Əks halda MÜHARİBƏ... - TARİXİ ANLAR YAŞANIR

 19:58 03.08.2021     2518

Ermənistan tərəfi müharibədə məğlubiyyətdən sonra üçtərəfli bəyanata imza atsa da, təxribatlar törətməkdə davam edir.

Bəs bundan sonra iki ölkə arasında münasibətlər hansı müstəviyə keçəcək? Yeni müharibə təhlükəsi varmı?

Mövzu ilə bağlı Redaktor.az-ın suallarını politoloq Qabil Hüseynli cavablayıb. O bildirib ki, indiki mərhələdə ən vacib məsələ Azərbaycanın ərazi bütövlüyünün rəsmi şəkildə tanınması və sərhədlərin müəyyən edilməsidir:

“Zəngəzur dəhlizi hazırda bizdən çox Ermənistana lazımdır. İndiki halda Ermənistan təxribatlar törətməklə masada diktə edən tərəfə çevrilmək istəyir. Amma bununla bizi qorxuda bilməz. Biz müharibədə qələbə qazanan tərəfik. Əks halda düşmən ölkə blokadada məhv olacaq".

Politoloq bildirib ki, iki ölkə arasında sülh müqaviləsi imzalanmalıdır:

“Biz indi sərhədlərin müəyyənləşməsi prosesinə start verməliyik. Bunün üçün isə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü rəsmi şəkildə Emənistan tərəfindən tanınmalıdır. Yəni iki ölkə arasında sülh müqaviləsi imzalanmalıdır. Daha sonra münasibətlərin hansı səviyədə inkişaf etməsi Ermənistanın davranışlarından asılı olacaq”.

Şəbnəm Mehdizadə / Redaktor.az