"Taliban"ın türkidilli ölkələr üçün yaratdığı təhlükə... - AÇIQLAMA

 15:28 11.09.2021     2518

Əfqanıstanda "Taliban" rejiminin hakimiyyətə gəlməsi ilə dünyanın siyasi gündəmi dəyişdi.

Əfqanıstanın qonşu olduğu türkdilli ölkələr var. Bəs "Taliban" türkdilli ölkələrin birliyinə hansısa formada təsir edə bilər?

Mövzu ilə bağlı Redaktor.az suallarını poliotoloq İlyas Hüseynov cavablayıb. O bildirib ki, "Taliban" rejiminin region dövlətləri ilə münasibətləri sual doğurur:

“Hazırda bütün dünyanın diqqəti Əfqanıstanda baş verən hadisələrə yönəlib. Hakimiyyətə gələn "Taliban" nələr edəcyəyi və müasir beynəlxalq münasibətlər sistemində hansı formatda yer alacağı bilinmir. "Taliban" region dövlətləri ilə münasibətləri də maraq doğuran və narahatlıq yaradan əsas məsələlərdən biridir. Əfqanıstan Türkmənistan, Tacikistan və Özbəkistan kimi türkdilli dövlətlərlə həmsərhəddir. Bu dövlətlərin təhlükəsizliyinə və suverenliyinə təhlükə yaranarsa, Türk Şurası öz mövqeyini bildirə bilər. Buna görə də Azərbaycan regionda baş verən prosesləri diqqətlə izləyir".

Şəbnəm Mehdizadə