Paşinyan: Azərbaycan hərbçiləri yolu bağlayıblar və...

 22:43 26.08.2021     371

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan hərbçilərinin Qafan-Gorus yolunu bağlamasından danışıb. 

Redaktor.az xəbər verir ki, Paşinyan bu barədə ölkə parlamentində bildirib. O qeyd edib ki, avqustun 25-i axşamdan Azərbaycan hərbçiləri yolun SSRİ xəritələrinə əsasən Sovet Ermənistanının ərazisi olmayan ərazidən keçən 21 km-lik hissəsini hərəkət üçün bağlayıblar. 

"Onlar bunu Azərbaycan sərhədçisinin ermənilər tərəfindən yaralanması ilə əsaslandırırlar. Biz rəsmi olaraq bəyan edirik ki, bu məlumat həqiqətə uyğun deyil və Azərbaycan tərəfini faktları təhqiqat aparmaq üçün bizə təqdim etməyə çağırıram”, - deyə N.Paşinyan deyib.

Paşinyan həmçinin bildirib ki, Ermənistan məsələni kökündən həll etmək niyyətindədir. Belə ki, onun sözlərinə görə, Qafan-Ağvani yolunun modernləşdirilməsi işləri sürətlə icra olunur: “Sünik vilayəti Ermənistandan ayrılmayıb. Biz belə vəziyyəti əvvəlcədən görürdük və ona görə də yol işlərini sürətlə həyata keçirməyə qərar vermişik”. //Qazet.az