Ərdoğandan Əfqanıstanla bağlı AÇIQLAMA

 11:40 27.08.2021     551

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovinaya səfərindən əvvəl Atatürk Hava Limanında mətbuat konfransı keçirib.

Redaktor.az xəbər verir ki, Ərdoğan Bosniya və Herseqovinanın Balkan coğrafiyasında mühüm yer tutduğunu diqqətə çatdırıb. Səfər nəticəsində iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün atıla biləcək addımların müzakirə olunacağını qeyd edib.

Türkiyə prezidenti Əfqanıstanda baş verənlərlə bağlı da danışıb. O, Türkiyə vətəndaşlarının Əfqanıstandan təxliyə edildiyini vurğulayıb.

Orxan İsmayılov / Redaktor.az