Putin Paşinyanla sərhədindəki vəziyyəti müzakirə edib

 02:32 28.08.2021     278

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Redaktor.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti bildirib.

Rusiya rəhbəri ilə Ermənistanın hökumət başçısı Qarabağ məsələsinin nizamlanması ilə bağlı 9 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlarda qeyd olunan razılaşmaların həyata keçirilməsini və Ermənistan-Azərbaycan sərhədindəki mövcud vəziyyəti müzakirə ediblər. //Report