İlham Əliyevdən idmançılarımızla bağlı paylaşım - FOTO

 15:50 28.08.2021     302

Prezident İlham Əliyev “Tokio-2020” Yay Paralimpiya Oyunlarında Azərbaycan idmançılarının qələbəsi ilə bağlı növbəti paylaşım edib.

Redaktor.az-ın məlumatına görə, ölkə Prezidentinin “Twitter” hesabında paylaşdığı təbrikdə bildirilir:

"“Tokio-2020” Yay Paralimpiya Oyunlarında komandamızın qazandığı qızıl medalların sayı altıya çatmışdır. Bu münasibətlə növbəti qızıl medallar qazanmış Sevda Vəliyeva, Xanım Hüseynova və Hüseyn Rəhimlini səmimi qəlbdən təbrik edir və komandamıza yeni-yeni nailiyyətlər arzu edirəm!"

Prezident İlham Əliyev Paralimpiya Oyunlarında qızıl medal qazanmış daha üç Azərbaycan idmançısını təbrik edib