Latın amerikalı jurnalistlər Gəncə və Ağdamda - VİDEO

Latın Amerikasının tanınmış media nümayəndələri Gəncə və Ağdam şəhərində səfərdədirlər.
Redaktor.az-ın məlumatına görə, onlar Vətən müharibəsi zamanı ermənilərin Gəncə şəhərinə atdıqları raket nəticəsində mülki insanların həlak olduğu və yaralandığı ərazilərdə olublar.
Xarici jurnalistlər Ağdama da səfər ediblər. Onları müşayiət edən yerli rəsmilər dağıntıların olduğu ərazilərə gələn xarici media nümayəndələrinə baş vermiş hadisə ilə bağlı məlumatlar veriblər.