Ərdoğan Ermənistanla münasibətlərin normallaşmasının şərtini açıqlayıb

 15:11 29.08.2021     119

“Ermənistan birtərəfli ittihamlar əvəzinə, gələcəyə baxan və həqiqəti əks etdirən mövqeyə sahib olmalıdır”.

Redaktor.az-ın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovina və Monteneqroya səfərdən sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib.

R. T. Ərdoğan deyib ki, Türkiyə yalnız bu halda Ermənistanla mərhələli şəkildə əlaqələrini normallaşdıra bilər. //APA