20-dən çox erməni deputat Qarabağa gəldi

Ermənistan parlamentinin 20-dən çox deputatı Qarabağa, Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi əraziyə gəlib.
Redaktor.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, onlar qondarma rejimin "yaranmasının" 30 illiyi ilə bağlı tədbirə qatılacaqlar.
Deputatlar arasında parlamentin hər 3 fraksiyasının - "Şərəf duyuram", "Ermənistan" və "Vətəndaş Müqaviləsi" üzvləri var.