Lavrovdan Qarabağ AÇIQLAMASI

 15:19 01.09.2021     187

“Rusiya, Azərbaycan və Ermənistan liderləri Qarabağ məsələsinin həll olunması ilə şəxsən məşğul olurlar. Bu, bir günün işi deyil”.

Redaktor.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda keçirilən görüş zamanı deyib.

“Noyabrın 9-u və yanvarın 11-i Rusiya, Azərbaycan və Ermənistan liderləri tərəfindən imzalanan bəyanatlar var. Bu, bir günün işi deyil və bu məsələ ilə üç ölkənin lideri, həmçinin Qarabağdakı sülhməramlı kontingentimizin hərbçiləri məşğul olurlar. Onlar gərginliyin azaldılması və etimadın yaradılması üçün fəaliyyət göstərirlər”, - deyə Lavrov qeyd edib.

Nazir əlavə edib ki, rusiyalı sərhədçilər, həmçinin tərəflərə məsələlərin həll olunması üçün kömək edirlər.