Bakıdan Ermənistana XƏBƏRDARLIQ - Azərbaycan baş verənlərə səbrlə yanaşmayacaq

 14:28 02.09.2021     1175

Sentyabrın 2-də ermənilər qondarma "Dağlıq Qarabağ Respublikası"nın sözdə 30 illiyini qeyd edirlər.

Bununla əlaqədar Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycanın Xankəndi şəhərində bir sıra tədbirlərin keçiriləcəyi deyilir. Bu tədbirlərdə Ermənistan hökuməti rəsmi olaraq təmsil olunmasa da, partiya liderlərinin və deputatların qatılacağı bildirilir.

Baş verənlərə Azərbaycanın rekasiyası necə olacaq? 

Deputat Elman Nəsirov Redaktor.az-a açıqlamasında bildirib ki, ermənilərin bu davranışı beynəlxalq hüquqa, həmçinin 2020-ci ilin 9 noyabrında və 2021-ci ilin 11 yanvarında imzalanmış üçtərəfli sənədlərə ziddir:

"Belə bir addımın atılmasına görə bütün məsuliyyət qarşı tərəfin üzərinə düşür. Amma bu qanunsuz aksiyaya Ermənistan hökumətinin, siyasi elitasının da dəstəyi yoxdur. Baş nazir Nikol Paşinyan hazırda Soçidə istirahət edir. O, bu addımı məqsədli şəkildə atıb. Çünki yaxşı bilir ki, onun belə tədbirə qatılması hansı fəsadlara gətirib çıxara bilər. Başqa bir məqam, Ermənistan Prezidenti Armen Sarkisyandan da xəbər yoxdur. Bəzi erməni saytları onun ölkədən qaçıdığını iddia edirlər. Ermənistan Prezidenti də bu tədbirə qatılmayacaq. Parlamentin spikeri isə Vyanda səfərdədir. Yəni, bu tədbirlərdə yüksək rütbəli heç bir erməni məmurunu görməycəyik.

Telebesiyle esq yasadigi deyilen Elman Nesirov: “Qadın yazmışdı ki, çoxdan  ayrılıblar”

Onlar hər şeyi yaxşı hesablayıblar. Ali Baş Komandan İlham Əliyevin "Dəmir yumruq"un yerində olduğu barədə xəbərdarlığı öz işini görməkdədir. 

Bundan sonra Azərbaycanın hansı addımlar atacağına gəldikdə isə, ölkəmiz siyasi müstəvidə hücumlarını daha da şiddətləndirməlidir. Beynəlxalq aləm daha dolğun məlumatlandırılmalıdır. Həmçinin, Rusiya sülhməramlılarından mövqe ortaya qoymaları tələb edilməlidir. Çünki onların icazəsi və dəstəyi olmadan separatçıların belə tədbirlər keçirməsi inandırıcı deyil. Bu baxımdan sülhmərmalıların üzərinə böyük məsuliyyət düşür. 

Deputat Ceyhun Məmmədov isə hesab edir ki, son baş verən hadisələr Ermənistanın 44 günlük Vətən müharibəsindəki ağır məğlubiyyətdən dərs çıxarmadığını göstərir:

"Onlar yenidən revanşa, təxribatlara meyillənirlər. Amma ölkəmizin mövqeyi qəti və dəyişməzdir. Azərbaycan öz ərazilərində ikinci erməni dövlətinin yaradılmasına imkan vermədi və bundan sonra da buna mane olacaq. Qondarma rejimin sözdə "müstəqillik günü" keçirməsi anlaşılan deyil. Çox təəssüf ki, bütün bunlar Rusiya sülhməramlılarının gözü qarşısında baş verir.

Ceyhun Məmmədov: Pandemiyadan xilas olmağın yolu karantin qaydalarına  riayət etməkdən keçir - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bu, növbəti dəfə beynəlxalq hüququn pozulması, Azərbaycan ərazilərində separatçılıqdır. Ermənistan bilməlidir ki, Azərbaycanın səbrinin həddi var, baş verənlərə uzun müddət səbrlə yanaşmayacaq. Bu, düşmən ölkə üçün yaxşı nəsə vəd etmir".

Oral Mədənçi / Redaktor.az