Paşinyan Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf etdi - VİDEO

Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağın Azərbaycanın ərazisi olduğunu etiraf edib.
Redaktor.az xəbər verir ki, hökumətin iclasında çıxış edən N.Paşinyan regionda kommunikasiyaların bərpası barədə danışarkən bildirib ki, bura Azərbaycanın qərb əraziləridir.
İclasın əvvəlində N.Paşinyan qonşu ölkələrlə münasibətlərin normallaşdırılması imkanları barədə danışıb. Daha sonra Azərbaycan, Rusiya və Ermənistanın kommunikasiyaların bərpası məsələsini müzakirə etdiyini deyən Baş nazir vurğulayıb ki, bu məsələdə Ermənistan konkret nəticələrin əldə olunması üçün bütün səylərini ortaya qoymalıdır və ölkəsi başa düşür ki, Azərbaycan öz növbəsində qərb rayonları ilə Naxçıvan arasında kommunikasiyanın açılmasına ümid edir.