"Laçında keçirilən hərbi təlimlə düşmənə mesaj verilir ki..." - AÇIQLAMA

 16:06 09.09.2021     1289

İki ölkə arasında olan hərbi əməkdaşlıq haqqındakı müqavilələrə əsasən, Bakıda Azərbaycan və Türkiyə sualtı hücum və sualtı müdafiə qruplarının birgə təlim-məşqləri, eyni zamanda Laçında komandosların çətin relyefdə hərəkət qabiliyyətlərini və koordinasiya imkanlarını daha da inkişaf etdirmək üçün təlim, Konya şəhərində hava qüvvələrimizin ortaq təlimi və Təkirdağın Gelibolu bölgəsində “qardaş briqada” layihəsi həyata keçirildi.

Heç şübhəsiz ki, bu hərbi təlimlərin iki ölkə ordusu arasında koordinasiyanın gücləndirilməsi, lazım olan anda ortaq düşmənə qarşı hərəkatı təşkil etməklə yanaşı siyasi mesajları da var.

Milli Məclisin deputatı, politoloq Elman Nəsirov Redaktor.az-a açıqlamasında bildirib ki,Azərbaycan-Türkiyə münasibətləri strateji müttəfiqlikdir. Şuşada imzalanan bəyanatla bu, ən yüksək səviyyəyə çatdı. Hər iki ölkənin bir-birinə qarşı istənilən məsələdə yardım etməklə bağlı öhdəliyi var. Həmçinin, buna hərbi dəstək də daxildir.

"Bu baxımdan birgə hərbi təlimlərin keçirilməsi normaldır. Təkcə bu il ərzində Azərbaycan və Türkiyə hərbi qüvvələri bir neçə birgə hərbi təlim keçiriblər.

Laçında keçirilən hərbi təlimlərin isə çox böyük siyasi və hərbi əhəmiyyəti var. Düşmənə mesaj verilir ki, onalar təxribatlarına son qoymalıdırlar. Laçın dəhlizi ilə qeyri-qanuni hərbi yüklərin və düşmən əsgərlərinin sülhməramlıların nəzarətindəki ərazilərimizə keçidi dayandırılmalıdır. Əks halda hadisələr onlar üçün arzuolunmaz istiqamətdə inkişaf edəcək. Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, "Dəmir yumruq" yerindədir".

Oral Mədənçi / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən