Mikayıl Cabbarov Türk Şurasının Baş katibi ilə görüşüb - FOTO

 19:10 09.09.2021     293

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Baş katibi Bağdad Amreyevlə görüşüb.

Redaktor.az xəbər verir ki, bu barədə nazir "Twitter" hesabında yazıb.

O qeyd edib ki, görüşdə sabah Bakıda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iqtisadiyyat nazirlərinin 10-cu görüşünə dair məsələlər müzakirə edilib.

“Bu toplantı çərçivəsində təşkil olunacaq Qarabağa həsr olunmuş Biznes Forumunun yüksək səviyyədə təşkili ölkəmiz üçün əhəmiyyətlidir”, - deyə nazir əlavə edib. //APA

Vumart və Güvən reklamı Vumart Güvən