YAP-da kritik iclas - Ramiz Göyüşov partiyadan çıxarıldı - YENİLƏNİB

Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşov partiya sıralarından xaric edilib.
Redaktor.az xəbər verir ki, bununla bağlı YAP İdarə Heyətinin bu gün keçirilən iclasında qərar qəbul edilib.
***
Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iclası keçirilir.
Redaktor.az xəbər verir ki, iclasın gündəliyinə YAP Binəqədi rayon təşkilatının keçmiş sədri Ramiz Göyüşovun partiyadan xaric edilməsi məsələsinə baxılır.
İclasın gündəliyinə YAP-ın Bakı rayon təşkilatının sədrlərinin təyinatı məsələsi də daxildir.