Ordumuz Qafan-Gorus yolunu yenidən bağlaya bilər - VİDEO yayıldı və...

 18:07 11.09.2021     701

Cari ilin avqustunda Azərbaycan tərəfi İrana məxsus yük maşınlarının rəsmi Bakının icazəsi olmadan Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyətində olan ərazilərimizə daxil olması ilə bağlı İrana nota vermişdi. Belə ki, İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi  Xarici İşlər Nazirliyinə (XİN) çağırılmış, rəsmi Bakının baş verənlərlə bağlı etirazı çatdırılmışdı.

Redaktor.az xəbər verir ki, Azərbaycanın etirazına baxmayaraq, bir ay sonra İrana məxsis yük maşınları yenidən Qarabağda peyda olublar. Avqustun 11-dən sentyabrın 10-na qədər yanacaq və sürtkü yağları ilə dolu 58 yük maşını müxtəlif məqsədlər üçün Xankəndiyə daxil olub. Daha sonra isə onlardan 55-i geri qayıdıb. Bununla bağlı "Calebr.az" yeni videogörüntülər yayımlayıb.

Baş verənləri şərh edən politoloq Elxan Şahinoğlu qeyd edib ki, İrana verilən nota faydası yoxdur, müəmmalı yüklər ərazimizə qanunsuz daşınmaqda davam edir. Bununla bağlı daha kəsərli addımlara ehtiyac var:

"Qafan-Gorus yolu yenidən nəzarətə götürülməli, İranla ortaq layihələrin nəzərdən keçiriləcəyi bəyan edilməlidir. Həmçinin,  erməni separatçılarına yük daşıyan şirkətlər və onların rəhbərləri müəyyənləşdirilməli, Azərbaycana girişləri qadağan olunmalıdır".

Oral Mədənçi / Redaktor.az