"Yunanıstan ordusu Azərbaycanı da potensial düşmən kimi görməlidir" - Yunan mediası

 12:25 14.09.2021     460

Türkiyə ilə Azərbaycan arasındakı hərbi tərəfdaşlıq Yunanıstan mətbuatında geniş şərh edilir. 

Redaktor.az "milliyet.com.tr"yə istinadla xəbər verir ki, Şərqi Aralıq dənizində istədiyi nəticəni əldə edə biləmyən rəsmi Afina bu dəfə Ankara-Bakı xəttindəki proseslərlə bağlı narahat olmağa başlayıb. 

Yunan mətbuatı ölkənin ən qısa zamanda bu məsələ ilə bağlı siyasi xətt müəyyən etməli olduğunu yazıb:

"Türkiyə-Azərbaycan hərbi ittifaqı Yunanıstan üçün təhlükəli şəkildə dərinləşir. Türkiyə ilə hərbi münaqişə baş verərsə, Yunanıstan ordusu Azərbaycanı da potensial düşmən kimi görməlidir", - deyə bildirilib. (https://l24.im/t5K)

İyunun 21-də Türkiyədə keçirilən "Anadolu Qartalı 2021" təlimlərində Azərbaycan Hərbi Hava Qüvvələrinin 4 döyüş təyyarəsinin qatıldığı xatırladılaraq əlavə edilib ki, həm taktiki, həm də strateji səviyyədə bu, Türkiyə Hərbi Hava Qüvvələrinə Azərbaycan ərazisindən daha böyük strateji dərinlik təmin etmək imkanı yaradır. 

"Yunanıstan qırıcılarının Türkiyədəki strateji silahları, hava hücumundan müdafiə qurğularını, kritik hava limanlarını məhv etməsi halında belə, Azərbaycanın dəstəyi Türkiyənin zərərini minimuma endirəcək", - deyə yunan mediası yazıb.

Oral Mədənçi / Redaktor.az