BMT-nin 76-cı sessiyası öz işinə başladı

 00:54 15.09.2021     533

Bu gün Nyu Yorkda BMT Baş Assambleyasının 76 -cı sessiyası açılıb.

Redaktor.az xəbər verir ki, bu qurumun sədrinin səlahiyyətləri Maldiv adaları nümayəndəsi Abdullah Şahidə keçib. BMT-nin Təhlükəsizlik Şurasına sentyabr ayında İrlandiya sədrlik edir.

İclasın əvvəlində BMT-nin Baş katibi Antonio Quterreş və BMT Baş Assambleyasının yeni sədri iştirakçılara müraciət edib.

Bu həftənin ilk iclasları formal xarakter daşıyacaq: iştirakçılar gündəliyi və işçi orqanlarının yeni tərkibini təsdiq edəcəklər.

Sentyabrın 21-də BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi başlayacaq və bu müddət ərzində bir sıra ölkələrin liderləri, hökumət başçıları və nazirlər Nyu Yorka gələcəklər. /Axar.az