"İranın molla rejimi əsəblərimizlə oynayır" - Deputatdan sərt AÇIQLAMA

 10:53 15.09.2021     977

İran riyakar, Ermənistanın mövqeyini qoruyan və Azərbaycanın səbr kasasını daşıran addımlar atır.

Bunu Redaktor.az-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı qonşu İranın Azərbaycanın Xankəndi şəhərindəki separatçılara yük daşımalarına münasibət bildirərkən deyib.

“Bir müddət öncə bu özbaşınalığı, Azərbaycana qarşı düşmənçiliyi diqqətə çatdırmaq üçün İrana nota verilsə də, bunlar yenə də riyakarlığı davam etdirirlər. Ən azı biz bunu Şuşanın özündən belə açıq görə bilirik. İranın molla rejimi bunu dərk edə bilmir və seperatçı quldurları yemləməklə əsəblərimizlə oynayır. Amma o mütləq bunun cavabın alacaq” - deputat bildirib.

Oral Mədənçi / Redaktor.az