"İranın ölkəmizə qarşı hörmətsiz davranışları cavabsız qalmayacaq" - AÇIQLAMA

 17:48 15.09.2021     1111

İran 1992-cı ildən bəri ənənəvi olaraq özünü Ermənistanın böyük müttəfiqi kimi təqdim edir. Bu ölkə hər zaman Ermənistan üçün tədarük dəhlizi rolunu oynayıb. Analitiklər tez-tez bu imtiyazlı tərəfdaşlığı İran hakimiyyətinin öz milli mənafeyini İslam həmrəyliyindən üstün tutması kimi şərh edirlər.

Cənub qonşumuzun Ermənistanla tərəfdaşlığı seçməsi müstəqil Azərbaycan dövlətinin varlığını özünün şimal-qərbində bir təhlükə kimi qəbul etməsi ilə izah edilə bilərmi?

Politoloq Zaur Məmmədov Redaktor.az-a açıqlamasında bildirib ki, İranın son davranışları keçmiş davranışlarından fərqli deyil: 

"Təəssüf ki, İranın ölkəmizə qarşı münasibətində dildə söylədikləri ilə əməldə etdikləri arasında ziddiyət var. Azərbaycan heç zaman İrana qarşı qərəzli mövqedə olmayıb. İranın düşmənlərinin koalisiyasında yer almayıb. Zaman-zaman bununla bağlı Azərbaycana qarşı təzyiq metodlarından istifadə edilib. Lakin rəmsi Bakı hər zaman ortaya siyasi mövqe qoyub, öz ərazisindən İrana qarşı istifadə edilməsinə icazə verməyəcəyini bəyan edib. Bütün bunlar o zaman baş verib ki, İranın bütün qonşuları ilə münasibətləri pis olub, ağır siyasi və iqtisadi sanksiyalarla üzləşib. Lakin bütün bunlara baxmayaraq İranın indiki Cənubi Qafqaz siyasəti bəyan edilən dostluq münasibətlərinə cavab vermir". 

Qeyd edək ki, sentyabrın 13-də İran Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat katibi Səid Xatibzadə Türkiyə və Azərbaycanın Xəzər dənizində keçirdiyi təlimlərin Xəzər dənizinin hüquqi statusuna aid anlaşmaya zidd olduğunu deyib. Xəzəryanı 5 dövlətdən başqa heç bir kənar ölkə ordusunun burada olmamalı olduğunu bildirib və Türkiyənin Xəzər dənizindəki hərbi varlığını qeyri-qanuni adlandırıb. 

Zaur Məmmədov iranlı diplomatın bu açıqlamasının yerisz olduğunu deyib:

"İranın  XİN-nin Xəzər dənizindəki Türkiyə-Azərbaycan birgə təlimləri ilə bağlı bəyənatına gəldikdə, əgər cənub qonşumuz beynəlxalq hüquqdan və ədalətdən danışırsa, bəs nə üçün Azərbaycan ərazilərini pozaraq separatçılara müxtəlif yüklər daşıyırlar? Hesab edirəm ki, bundan sonra "güzgü effekti" baş verəcək. Tehranın ölkəmizə qarşı hörmətsiz davranışları cavabsız qalmayacaq". 

Oral Mədənçi / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən