"Azərbaycana xırda bir daş atsalar, bunun cavabını milyonlarla soydaşımız verəcək" - İranın təlimlərinə REAKSİYA

 17:20 20.09.2021     3202

"Azərbaycanla münasibətləri korlayan birbaşa İranın yanlış siyasətidir. Bu ölkə 30 ildən çoxdur ki, Azərbaycan torpaqlarını işğal edən Ermənistana, Qarabağdakı separatçı rejimə nəfəslik rolu oynayır. Bizim 44 günlük Vətən müharibəsindəki qələbəmizdən sonra İranın qarnının qurdları oyanıb".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib. O qeyd edib ki, Azərbaycan hər zaman İranla bağlı siyasətində səmimi olub, yaxın qonşuluq prinsiplərinə üstünlük verib:

"İran bu qədər qoluzorludur ki, gəlib bizim sərhədlərimizin yaxınlığında hərbi təlimlər keçirir?! Bir ölkə digərinin sərhədində o zaman hərbi təlimlər keçirir ki, qarşı tərəfdən özü üçün təhdid görür. Azərbaycan İran üçün heç bir təhdidedici siyasət yürütmür. Bizim ölkəmizin İranla qarşı-qarşıya gəlmək, hansısa qarşıdurmaya səbəb olacaq heç bir davranışı yoxdur. Bunu onlar özləri də gözəl bilirlər. Keçirdikləri hərbi təlimlər Azərbaycana qarşı şantaj və psixoloji təzyiqdir".

Qabil Hüseynli əlavə edib ki, İran dünyadan təcrid edilmiş, başının üzərini qara buludlar almış ölkədir. İranı bütün dünya təhdid etdiyi zamanda, cənub qonşumuzun bizi təhdid etməsi gülüncdür:

Heydər Əliyev mənə vəzifə verdi, mən isə azdım” – Qabil Hüseynli -  Azinforum.az İnformasiya Portalı

"Bütün bunlar ağılsızlıqdır. Sadəcə ölkəmizin gücünü, müharibədəki parlaq qələbəsini həzm edə bilmirlər. İrandakı fars-molla rejimi torpaqlarımızın işğaldan azad eilməsindən narahatdır. Onlar elə düşünürlər ki, nə zamansa Şimali Azərbaycan özünün uğurları ilə cənubdakı 40 milyon soydaşımıza nümunə, İrandan ayrılmaları üçün bir əsas ola bilər. Azərbaycan dövlətinin siyasətində isə Güneydəki soydaşlarımızı oyatmaq, İranın daxili işlərinə qarışmaq çalarları yoxdur. Bu baxımdan İran odla oynayır. Başa düşmürlər ki, Azərbaycana xırda bir daş atsalar, bu, nələrə səbəb ola bilər. Ən azından bunun cavabını İrandakı milyonlarla soydaşımız verəcək. Mən hələ İran üzərində planlar quran İsrail, ABŞ və digər ölkələrdən danışmıram..."

Oral Mədənçi / Redaktor.az