"Siyasi partiyalar İlham Əliyevin mövqeyini dəstəkləyirlər" - Ədalət Vəliyev

 14:58 21.09.2021     374

"Siyasi partiyalar xarici siyasət sahəsində atılmış addımlar, Şuşa Bəyannaməsinin imzalanması, eləcə də Qərbi Zəngəzurla bağlı Azərbaycan Prezidentinin mövqeyini təqdir edir və dəstəkləyirlər".

Redaktor.az xəbər verir ki, bunu Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev deyib.

Dövlət başçısı zamanın tələbləri ilə uzlaşan islahat və inkişaf konsepsiyasının növbəti mərhələsinin səciyyəvi cəhətlərinə toxunan şöbə müdiri müxtəlif siyasi qüvvələrin adekvat təmsil olunduğu altıncı çağırış Milli Məclisdə yeni demokratik mühit formalaşdığını, müxalifət nümayəndələrinin parlamentdə rəhbər vəzifələr tutduğunu deyib.

O bildirib ki, Milli Məclisin fəaliyyətinin dövlət başçısının daxili və xarici siyasətinə, eləcə də tövsiyələrinə uyğun, yüksək səviyyədə qurulması üçün zəruri addımlar atılması, o cümlədən deputat fəallığının artırılması ilə vətəndaş məmnunluğu yüksəldilib.