İran xarici işlər nazirinin müavini Azərbaycana gəlir

 15:36 21.09.2021     1051

Bu gün İran xarici işlər nazirinin müavini Məhəmməd Kazım Səccadpur Azərbaycana səfər edəcək.

Bu barədə Redaktor.az-a İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, nazir müavini Azərbaycan, İran və Türkiyə arasında araşdırmalar mərkəzlərinin üçtərəfli iclasında iştirak edəcək.

Bakıya 3 günlük səfər çərçivəsində İran xarici işlər nazirinin müavini və İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Azərbaycanın bəzi rəsmiləri ilə görüşərək danışıqlar aparacaq.