Nyu-Yorkda ATƏT Minsk qrupu həmsədrlərinin görüşü planlaşdırılır

 18:38 22.09.2021     356

Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində ATƏT Minsk qrupu həmsədrlərinin görüşü planlaşdırılır.

Redaktor.az-ın məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko TASS agentliyinə müsahibəsində deyib.

O bildirib ki, bu görüşün baş tutması Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinin müəyyən cizgilər əldə etdiyinin işarəsi ola bilər.