XİN rəhbəri Avropa Şurasının baş katibi ilə görüşdü

 02:19 23.09.2021     196

Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov BMT Baş Assambleyasında Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriçlə görüşüb.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri özünün Tvitterdəki səhifəsində yazıb.

Ceyhun Bayramov bildirib ki, görüşdə Azərbaycanla Avropa Şurası arasında əməkdaşlıq, əlaqələrin inkişafı perspektivləri, həmçinin regional təhlükəsizlik məsələləri müzakirə edilib.