"İran əhalisinin böyük hissəsi türklərdən ibarətdir" - Tehrana XATIRLATMA

 14:38 23.09.2021     1224

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu BMT sessiyası çərçivəsində Nyu-Yorkda İranın xarici işlər naziri Hüseyn Əmirabdullahianla görüşüb. Mövlud Çavuşoğlu və Hüseyn Əmirabdullahian Tehranda İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin toplantısının keçirilməsinə dair razılıq əldə ediblər.

Politoloq Elçin Mirzəbəyli Redaktor.az-a bildirib ki, xarici işlər nazirlərinin Tehran görüşündə münasibətlərin inkişafının gələcək perespektivlərini müəyyənləşdirən məqamlar cidd müzakirə edilə bilər:

"Son günlər İranın atdığı addımlar yaxın qonşuluq münasibətlərinə uyğun gəlmir. Bu ölkəni Azərbaycan və Tükiyə ilə tarixi-mədəni əlaqələr, ortaq din birləşdirir. İran əhalisinin böyük hissəsi türklərdən ibarətdir. Türklər faktiki olaraq İran dövlətinin qarantıdır. İran bütün bunları nəzərə almalıdır, tarixi bağlara, qonşuluq münasibətlərinə önəm verilməli, Türkiyə və Azərbaycanla münasibətlərə həssas yanaşılmalıdır. Necə ki, hər iki ölkə İrana qarşı belə davranırlar. Bu günə qədər nə Azərbaycan, nə də Türkiyə İran üçün heç bir təhlükə yaratmayıb. Buna baxmayaraq, İranın həm Türkiyə-Azərbaycan münasibətlərinə, həm torpaqlarımızın işğaldan azad edilməsinə, həm də müxtəlif böyük layihələrə qısqanc yanaşdığını görürük.

Elçin Mirzəbəyli: “Vətəndaşlar reketçiliyə qarşı mübarizədə fəal  olmalıdırlar”

Hesab edirəm ki, hər üç dövlətin XİN rəhbərlərinin görüşündə regionda baş verən hadisələr, münasibətlərin inkişafının gələcək perespektivlərini müəyyənləşdirən məqamlar cidd müzakirə ediləcək".

Elçin Mirzəbəyli cənub qonşumuzun münasibətləri korlayan təhlükəli davranışlardan çəkinməli olduğunu qeyd edib:

"İran rəsmi olaraq bəyən etdiyi kimi, Azərbaycanın torpaqlarını işğaldan azad etməsini, öz suveren hüquqlarını bərpa etməsini qəbul edirsə, baş verənlərə müsbət dəstəyini göstərməlidir. Azərbaycanla Türkiyənin təqdim etdiyi "Altılıq formatı" çərçivəsində müvafiq addımlar atmalıdır. Dostluq, yaxın qonşuluq münasibətərinin ziddinə olan hərəkətlərə son verməlidir".

Oral Mədənçi / Redaktor.az