Rusiya sülhməramlıları ilə bağlı yeni xəbər - XƏRİTƏ DƏYİŞDİ - FOTO

 14:18 25.09.2021     971

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən sülhməramlı qüvvələri ilə bağlı yeni xəbər var.

Redaktor.az xəbər verir ki, Rusiya sülhməramlı kontingentinin xəritəsində 10 ay sonra ilk dəfə böyük və ciddi dəyişiklik edilib.

Belə ki, qondarma “dqr” və ya keçmiş “DQMV” sərhədlərini əks etdirən xəritəni (birinci şəkildəki çəhrayı xətlər) silərək, tamamilə Azərbaycan ərazisi kimi göstəriblər.

Rusiya sülhməramlı qüvvələrinin xəritəsində belə bir dəyişikliyin edilməsi Ermənistana və separatçılara ciddi mesaj kimi də qiymətləndirilə bilər. //Musavat.com