"Kimsə "Dağlıq Qarabağ" adlı ölünü diriltmək istəyirsə..." - İlham Əliyevdən XƏBƏRDARLIQ

 10:11 27.09.2021     1456

"Kim Dağlıq Qarabağ adlı ölünü diriltmək istəyirsə, öz ərazisində diriltsin, öz ərazisində yaratsın".

Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 27 sentyabr -  Anım Günü ilə əlaqədar xalqa müraciətində deyib.

"Biz müharibəni hərbi-siyasi yollarla həll etdik, müharibə arxada qaldı, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qaldı. Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil və əgər kimsə “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin, öz ərazisində “Dağlıq Qarabağ” adlı qurum yaratsın, respublika yaratsın, cəmiyyət yaratsın. Biz də onu tanıyarıq, ancaq Azərbaycanda yox! Bu məsələ öz həllini tapdı. Bunu mən deyirəm - Azərbaycanın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı. Hər kəs bu sözlərlə hesablaşmalıdır və hesablaşacaqdır", - dövlət başçısı deyib.