Ermənistan bütün mina xəritələrini Azərbaycana verməlidir - AŞPA məruzəçisi

 19:33 27.09.2021     281

Ermənistan Azərbaycanın işğaldan azad edilmiş bütün ərazilərinin mina sahələrinin xəritələrini təhvil verməlidir.

Redaktor.az xəbər verir ki, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) "Ermənistan və Azərbaycan arasında münaqişənin humanitar nəticələri" mövzusunda məruzəçisi Paul Havan assambleyanın payız sessiyasında çıxışı zamanı deyib.

“Mina probleminin həlli çox vacibdir. Qarabağ zonası da dünyanın ən çox minalanmış bölgələrindən biridir. Bu yaxınlarda Ermənistanın xəritələrin bir qismini Azərbaycana təhvil verməsini müsbət qarşılayırıq, amma Ermənistan bütün xəritələri təhvil verməlidir”, - deyə Havan bildirib.